Avropa Şurasının sabiq Baş katibinin toxunulmazlığı ləğv edilib

Avropa Şurasının sabiq Baş katibi Torbyorn Yaqlandın toxunulmazlığı ləğv edilib.

Avropa Şurasının rəsmi saytının yaydığı məlumata görə, şuranın Nazirlər Komitəsi Norveç hökumətinin müraciətləri əsasında Yaqlandın toxunulmazlığını ləğv edib.

Qeyd edək ki, sabiq Baş katib korrupsiyada və Ceffri Epşteynlə əlaqədə ittiham olunur.

O, 2009-1019-cu illərdə Avropa Şurasının Baş katibi və 1996-1997-ci illərdə Norveçin Baş naziri olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.