“Avropa təhlükə qarşısındadır”- MAKRON

Avropa təhlükə qarşısındadır və özünü qorumaq üçün yetərli vasitələrə malik deyil.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“Obyektiv baxsaq, biz avropalıların özümüzü qorumaq üçün kifayət edəcək qədər vasitələrimiz yoxdur”, – o bildirib.

Makronun sözlərinə görə, bu təhlükə Ukrayna münaqişəsində tərəflərdən biri olan Rusiyanın nüvə silahına və Avropa ərazilərinə çata bilən raketlərə malik olması ilə bağlıdır.

“Avropa üçün təhlükə həm də dünyanın hər yerində – nüvə silahı əldə etməyə çalışan Çində, ABŞ-da, Rusiyada və İranda silahlanma prosesinin getməsidir”, – Makron qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.