Avropa İttifaqı “Teleqram”ın işinə nəzarət edəcək

Belçika Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu  “Teleqram”ın Avropa İttifaqında fəaliyyətinə nəzarət etməyə başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “De Standaart” yazır.

Tənzimləyici sayt sahiblərindən cərimə və ya giriş məhdudiyyəti təhlükəsi altında məzmuna nəzarət etməyi tələb edən Rəqəmsal Xidmət Aktı ilə messencerin işinin uyğunluğunu yoxlayacaq.

“Teleqram” açıqlıq siyasəti sayəsində radikal islamçılar, ifrat sağçı ekstremistlər, həmçinin narkotik və silah alverçiləri tərəfindən istifadə olunmaqda ittiham olunur.

Azpost.info

Əvvəlki məqalə

Özbəkistanda robot -polislər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –

Sonrakı məqalə

HƏMAS Qəzzada atəşkəslə bağlı təklifi qəbul edib