Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Avropada həyatlarından ən çox məmnun olanllar isveçrəlilərdir –

User 26 İyul 2025 - 12:47 (Last updated: 26 İyul 2025 - 10:09)
isvecre

İsveçrədə demək olar ki, hər on nəfərdən birinin maddi çətinliklə üzləşməsinə baxmayaraq, bu ölkənin sakinləri Avropada öz həyatlarından ən çox məmnun olan insanlardır.

AzPost bildirir ki, bu, İsveçrə Federal Statistika İdarəsi (BfS) tərəfindən dərc edilən məlumatlarda əksini tapıb.

BfS-in məlumatına görə, 2022-ci ildə İsveçrə bütün Avropa ölkələri arasında həyat məmnuniyyətinin ən yüksək səviyyəsinə malik olub. Bu göstərici 2014-cü ildən bəri demək olar ki, dəyişməyib. Buna baxmayaraq, ölkənin təxminən hər onuncu sakini müəyyən maliyyə çətinlikləri ilə üzləşir. 10 ballıq şkala üzrə İsveçrə qonşu ölkələri – Avstriya (7,9), İtaliya (7,2), Fransa (7) və Almaniyanı (6,5 bal) qabaqlayaraq, 8 bal yığıb.

Həyat məmnuniyyəti yaş, təhsil və gəlir səviyyəsi ilə əlaqədar yüksəlir. İsveçrəli qadınlar və kişilər xüsusilə həm işdə, həm də şəxsi həyatda şəxslərarası münasibətlərin keyfiyyətindən məmnundurlar: 2022-ci il tarixinə 16 və daha yuxarı yaş qrupunda olan respondentlərin yarıdan çoxu həyatlarının bu qismindən məmnun olublar. Ölkə əhalisi asudə vaxtın azlığı və şəxsi maliyyə vəziyyətinin yetərli olmamasından narazıdır: məmnun isveçrəlilərin sayı əhalinin üçdə birindən çox deyil.

Maliyyə çatışmazlığı səbəbindən 2022-ci ildə ölkə əhalisinin 4,9 faizi vacib sayılan mallardan, xidmətlərdən və ya sosial tədbirlərdən imtina etmək məcburiyyətində qalıb. Aydındır ki, bu sosial qrupda on nəfərdən yalnız biri öz həyatından razıdır. Ümumiyyətlə, İsveçrədə həyatlarından “çox məmnun” olanların faiz göstəricisi 9 milyonluq ümumi əhalinin üçdə birini təşkil edir. Həyatlarından narazı qalanların dörddə biri isə çox vaxt və ya hətta davamlı olaraq ruhdan düşdüklərini və ya depressiya yaşadıqlarını bildiriblər.

Ancaq ümumi əhali arasında belə insanların payı cəmi 5 faiz təşkil edir. Ölkədə yoxsulluq səviyyəsi 8,2 faiz (702 min nəfər) təşkil edib. 2021-ci ildə bu rəqəm bir qədər yüksək – 8,7 faiz olub. İsveçrədə yoxsulluqdan ən çox əziyyət çəkənlər xarici vətəndaşlar, tək valideynli ailələr, ali təhsili olmayan insanlar və üzvlərindən heç birinin işləmədiyi ailələrdir.

İşləyən əhali arasında yoxsulluq səviyyəsi 3,8 faiz (144 min nəfər) təşkil edib.

Rəsmi statistikaya görə, 2022-ci ildə İsveçrədəki fiziki şəxslər üçün yoxsulluq həddi ayda 2.284 İsveçrə frankı (2.534 dollar), iki uşağı olan iki yetkin şəxs üçün isə ayda 4.010 İsveçrə frankı təşkil edib.

AzPost.az

Post navigation

Previous: Süni intellekt həkimlərdən 10 dəfə daha sürətli hesabat hazırlayır –
Next: Kosmosda ilk dəfə mürəkkəb üzvi maddələr aşkar edilib

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.