Avropada qaz qiymətləri 60 faiz ucuzlaşıb.
Azpost.info bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropada qaz qiymətləri rekord qaz tədarükü səbəbindən 2022-ci ildəki pik nöqtəsindən demək olar ki, 60% aşağı düşüb.
Nəşr qeyd edir ki, “2023-cü ildə qazın qiyməti təxminən 60% azalıb və bu il daha 12% ucuzlaşacaq. Bu da istehlakçıların enerji xərclərini azaltmağa kömək edəcək.
Qırmızı dənizdə vəziyyətin pisləşməsinə və tankerlərin təhlükəli marşrutlardan uzağa yönləndirilməsinə baxmayaraq qiymətlər enməkdə davam edir. Bundan əlavə, bərpa olunan enerji mənbələri və qışın nisbətən mülayim keçməsi qiymətlərin düşməsinə səbəb olub.
Eyni zamanda ekspertlər etiraf edirlər ki, Qırmızı dənizdəki vəziyyət və hava şəraiti ilə bağlı risklər fonunda qazın qiyməti arta bilər. Rusiya və Ukraynanın 2019-cu ildə imzaladığı tranzit müqaviləsinin müddətinin başa çatması da qiymət artımına təkan verə bilər.
Sənədə əsasən, “Qazprom” birinci ildə 65 milyard kubmetr, növbəti dörd ildə isə 40 milyard kubmetr qaz nəql etməli idi. Müqavilə 2024-cü ilin sonunda başa çatır və hazırda Ukraynanın onu yeniləmək fikrində olmadığı məlumdur.
Azpost.info