Avropada TikTok qadağan oluna bilər- AÇIQLAMA

“TikTok”
“TikTok”

ABŞ-da TikTok-un dayandırılmasından sonra Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Çin sosial şəbəkəsinə qoyulan qadağanın Avropada nəzərdən keçirilməsinin lazım olduğunu bildirib.

AzPost xəbər verir ki, nazir bunu təhlükəsizlik ilə əlaqələndirib. “Bu sosial şəbəkə dezinformasiya yayır, seçki manipulyasiyası üçün platformadır, məlumat toplayır və beləliklə, ciddi təhlükəsizlik təhlükəsi yaradır. Odur ki, “TikTok qadağası Avropada da nəzərə alınmalıdır” – deyə Tsahkna X platformasında yazıb.

Qeyd edək ki, ABŞ -da Co Baydenin hakimiyyətdən gedən administrasiyası yanvarın 19-dan etibarən sosial şəbəkənin fəaliyyətini dayandıracağını açıqlayıb.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi   platformanın çinli sahibi ByteDance onu yeni şirkətə satmasa, TikTok-un ölkədə bloklanması ilə bağlı qanunu təsdiqləyib .

NBC  News  yanvarın 19-da bildirib ki, qısa videoların yaradılması və onlara baxılması üçün Çin tətbiqi ABŞ-da istifadəçilər üçün işləməyi dayandırıb və proqram App Store və Google Play-dən də yoxa çıxıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.