“Avropada vəziyyət köklü şəkildə dəyişib…Qaz təchizatı ilə bağlı müraciət almışıq” –İLHAM ƏLİYEV

“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasını keçirdik və gələcək addımları planlaşdırmağa çalışdıq. Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Əlbəttə, problemin həlli o qədər də asan deyil. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.