“Avropada yeni təhlükəsizlik rejiminə ehtiyac var”- PESKOV

Avropada təhlükəsizlik vəziyyəti pisləşib və strateji sabitliyin qorunması üçün yeni rejimlərin inkişafı tələb olunur.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, hazırda bu istiqamətdə dialoq yoxdur və bu, Rusiyanın günahı deyil.

“Vəziyyət dəyişir, çox güman ki, bu, ümumilikdə Avropada təhlükəsizlik sisteminin deqradasiyası ilə bağlıdır. Bu, təhlükəsizlik və strateji sabitlik sahəsində yeni rejimlərin və yeni ümumi dünyagörüşün inkişafı üçün birgə dialoq tələb edir. İndi bu dialoq təəssüf ki, yoxdur. Həm də Rusiyanın təqsiri üzündən deyil”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Sonrakı məqalə

Gəncə şəhər stadionunun təməli qoyulub