Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Avropadakı etirazlar Qərbin absurd qərarlarının nəticəsidir”

User 05 Sentyabr 2022 - 15:13 (Last updated: 21 May 2025 - 20:15)
peskov

“Avropadakı etirazları absurd qərarlar qəbul edən ölkələrin liderləri şərh etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Aydındır ki, Avropada insanların, sahibkarların, şirkətlərin həyatı pisləşir, iş pisləşir, pul az qazanılır. Həyat səviyyəsi aşağı düşür. Bu, reallıqdır. Təbii ki, adi vətəndaşların öz ölkələrinin rəhbərliyinə sualları getdikcə çoxalacaq. Bunu şərh etmək bizim işimiz deyil. Qoy, bunu öz ölkələri üçün çox absurd, məntiqsiz və zərərli qərarlar verən Qərb ölkələrinin liderləri etsin”, – Peskov bildirib.

Sentyabrın 3-də Praqanın mərkəzində “Əvvəlcə Çexiya!” şüarı altında etiraz aksiyası keçirilib. Polisin məlumatına görə, aksiyada 70 minə yaxın insan iştirak edib. Etirazçıların tələbləri arasında ölkəni aşağı qiymətlərlə qazla təmin etmək və elektrik enerjisi ödəniş sisteminin dəyişdirilməsi də yer alıb. Çexiyanın Baş naziri Petr Fiala mitinqin rusiyayönlü qüvvələr tərəfindən təşkil edildiyini bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi fonunda enerji daşıyıcılarının qiymətləri xeyli artıb. Avropa elektrik stansiyalarının beşdə biri qazla işlədiyi üçün təkcə qaz deyil, elektrik enerjisinin də qiyməti rekord səviyyəyə çatıb.

Azpost.info

 

Post navigation

Previous: “Kino üçün pulun belə bölünməsi bizə hörmətsizlikdir…Bu bölgünü kim aparıb?” –
Next: Ölkəyə 8 ayda “Azəri-Çıraq” neft yatağından 6 milyard dollar gəlir gəlib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
“Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi Ağdam rayonunda “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış...
Read more about QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.