“Avropalılar Trampın xətti ilə barışmalı və səslərini kəsməlidirlər”-ABŞ-ın maliyyə naziri

“Avropalılar Trampın Ukrayna ilə bağlı sülh strategiyası ilə barışmalı və səslərini kəsməlidirlər“.

AzPost bildirir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Bessent Fox kanalına müsahibəsində deyib.

“Onlar elə hey deyirlər “ABŞ bunu etməlidir, ABŞ onu etməlidir”. Prezident Tramp Hindistanın Rusiyadan neft almasına görə ona ikinci dərəcəli rüsumlar tətbiq edib. Avropalılar hələ bunu etməyiblər. Əslində, avropalılar Hindistan neft emalı zavodlarından neft məhsulları alırlar”, – Bessent bildirib.

O qeyd edib ki, əgər onlar bir cəbhədə  hərəkət etmək istəyirlərsə, Avropa liderləri üzərinə düşəni etməlidirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.