“Avropanı məhvə aparırlar” –Macarıstanın Baş naziri

Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur.

Macarıstanın baş naziri Viktor Orban belə hesab edir.

“Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı məhv edirlər və onu məhvə aparırlar”, – Orban deyib.

O, xəbərdarlıq edib ki, Brüssel bu siyasəti davam etdirsə, bu, Aİ üçün pis nəticələnə bilər. Ona görə də Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir.

Orban onu da qeyd edib ki, Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.