Avropanın ən bahalı 10 futbol klubu

Futbol
Futbol

Avropanın ən yüksək bazar dəyərinə malik klublarının reytinqi dərc edilib.

Reytinq cədvəlini “Football Benchmark Group” agentliyi tərtib edib.

Siyahının lideri “Real Madrid”dir. Onun qiyməti 6,3 milyard avrodur. İkinci yerdə 5,2 milyard avro ilə “Mançester Siti” klubudur. İlk üçlüyü isə 5,1 milyard avro ilə “Mançester Yunayted” tamamlayır.

Siyahını təqdim edirik:

1. “Real Madrid” (İspaniya) – 6,3 milyard avro.
2. “Mançester Siti” (İngiltərə) – 5,2 milyard avro.
3. “Mançester Yunayted” (İngiltərə) – 5,1 milyard avro.
4. “Barselona” (İspaniya) – 4,5 milyard avro.
5. “Bavariya” (Almaniya) – 4,3 milyard avro.
6. “Liverpul” (İngiltərə) – 4,1 milyard avro.
7. “Arsenal” (İngiltərə) – 3,9 milyard avro.
8. PSJ (Fransa) – 3,8 milyard avro.
9. “Tottenhem” (İngiltərə) – 3,6 milyard avro.
10. “Çelsi” (İngiltərə) – 2,9 milyard avro.

©Yeniavaz.com

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.