Almaniya və Britaniya da daxil olmaqla 9 Avropa ölkəsi beynəlxalq axtarışda olan cinayətkarları Rusiyaya təhvil verməkdən imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Baş prokuror İqor Krasnovun sözlərinə görə, xarici hakimiyyət orqanları hətta cinayətkarlıqla mübarizə sahəsində Rusiya ilə əməkdaşlıqdan imtina etməyə hazırdır: “Polşa, Xorvatiya, Monteneqro, Litva və digər ölkələrin hüquq-mühafizə orqanları hətta xüsusilə ağır cinayətlər törətmiş müttəhimləri də ekstradisiya etməkdən imtina edirlər”.
Azpost.info