Azərbaycanın dünyaya barış mesajı –Multkultural həmrəyliyin uğurlu modeli

 Azərbaycan özünün zəngin mədəni həmrəyliyinin və multkultural ənənələri tarixi ilə fəxr edir. Müxtəlif xalqların və mədəni icmaların iç-içə yaşadığı Azərbaycanda belə model bütün dünyanın maraqla izlədiyi bir hadisəyə çevrilib.

Ölkəmizdə multkulturalizmi şərtləndirən amillər sırasında tarixi şərait, coğrafi əhatə və insan faktoru mühüm rol oynayıb. Tarix boyu bu məmləkətdə bir yerdə yaşayan xalqlar, dini icmalar qardaşlıq və birlik mesajlarının praktik təcrübəsini ortaya qoyublar. Ölkəmizin tarixi heç vaxt milli və dini zəmində baş vermiş toqquşmaların “qara səhifəsinə” şahidlik etməyib.

Bu torpaqlarda min illərdir yaşayanların vahid mədəni irsi dünya üçün nadir tolerantlıq modelinin prinsiplərini ortaya qoyub.

Təsadüfi deyil Prezident İlham Əliyevin multkultural siyasətinin əsas aspektini təşkil edən mədəniyyətlər və dinlərarası həmrəylik prioriteti ötən illər ərzində mulkulturalizmin möhkəm bazasını formalaşıdırb.

Bu gün Azərbaycanda milli, etnik, məzhəb qarşıdurmaları salmaq cəhdləri iflasa məhkumdur. Müstəqilliyin ilk illərində ölkədə dini təfriqə, məzhəb savaşı toxumları səpməyə edilən cəhdlər isə iflasa uğradılıb. Zaman-zaman buna əl atmaq istəyən qüvvələr hamını mat qoyan həmrəylik platformasının möhkəm fundamenti ilə üz-üzə qalıblar.

Bu baxımdan Azərbaycanın tolerantlıq modeli dünyanın maraqla izlədiyi və öyrənmək istədiyi prosesə çevrilib.

Ən mötəbər toplantılarda öz multkultural modelini təqdimatı üçün ardcıl iş aparan ölkəmizə bu gün bu platformanın tarixi əsasları və praktik nəticələri barədə bilmək üçün xaricdən müraciətlər gəlməkdədir.

Təhlükəsizlik məsələsinin vacibliyi hakimiyyətlər üçün milli və dini həmrəyliyi zərurətə çevirir. Ukrayna savaşı ilə yeni dünya düzəninin qurulmasına verilən start Qafqaz regionundakı dövlətlərdən həssas yanaşmanı tələb edir.

Azərbaycan bu risklərin qarşısına mədəniyyətlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı mühüm zirehdir.  Proseslərin təhlili göstərir ki, Prezident İlham Əliyevin multkulturial siyasəti ölkəni  belə təhdidlərdən qoruyacaq platformanı yarada bilib.

Həssas geopolitik regionda yerləşən Azərbaycanın belə beynəlxalq təhdidlərə qarşı qoyulan multkulturalizm inteqrasiya üçün vacib çağırışlarıdır. Ölkənin təhlükəsizliyini təmin edən zəruri faktora çevrilmiş  tolerantlıq ideyasının məğzində ölkənin milli təhlükəsizliyinə olan təhdidlərin neytrallaşdırılması durur.

Təsadüfi deyil ki, multkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda siyasətin vacib detalı kimi çıxış edir. Qloballaşmanı isə təkcə, siyasi və sosial-iqtisadi proseslə xarakterizə etmək düzgün deyil. Tədqiqatçılar qloballaşmanın cəmiyyətin bütün sahələrini, o cümlədən milli-dini -mədəni sahəni də əhatə etdiyini göstərirlər.

Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu modelin uğuru artıq dünya tərəfindən etiraf olunur.

Azərbaycan xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

Müstəqillik illərindən bu yana Azərbaycanın xarici vektorlarında həmişə dini dözümlülük və multkultural dəyərləri problemlərin həlli üçün açar sayıb.

Terror, kəskin ziddiyətlər, milli və dini zəmində ekstermizm, antisemizim, islamofobiyanın tuğyan elədiyi dünyada Azərbaycannın uğurlu nümunəsi olan multkulturalizm modelinin qayəsini  Prezident İlham Əliyevin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi təşkil edir.

Azərbaycanın neçə illərdir ki, apardığı “Bakı prosesi”nin əsas hədəfi mədəni əməkdaşlıq prinsipləri üzərində regionda və dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə dəstək verməkdir. “Bakı prosesi” bu baxımdan özünün həmryəlik və tolerantlıq sahəsində vacib beynəlxalq platforma hesab olunur.

Multkultural dəyərlərə hər zaman böyük önəm verən Azərbaycan  bu gün dünyanın mənəvi dəyərlər mərkəzi kimi tanınır. Bu dəyərlər ölkəmizdə dövlət siyasəti səviyyəsində dəstəklənir və həyata keçirilir.

Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizin ən yüksək səviyyədə təbliğ etməsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsində mühüm rola malikdir.

Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş Azərbaycan neçə illərdir ki, regionun siyasi və nəqliyyat mərkəzi kimi çıxış edir. Belə mərkəzin formalaşması üçünsə cəmiyyətdə sabitlik və etimad mühiti zəruri amildir.  Böyük miqyaslı iqtisadi layihələrin iştirakçısı və icraçısı olan ölkəmiz Şərqdən Qərbə bir qapı olmaqla müxtəlif mədəniyyətlərə malik böyük coğrafi məkanı briləşdirən bir bağa çevrilib.

Həssas bölgədə yerləşən Azərbaycan 3 səmavi dinin ardıcılarının yaşadığı bir məmləkətdir. Birgəyaşayışın qədim ənənələrinə söykənən Azərbaycan  dini harmoniyanın mərkəzi kimi özünü təsdiqləyə bilib.

Dövlətimizin dünyaya təqdim etdiyi multikulturalizm modeli xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən sistemdir. Müxtəlif inanc və mədəni ənənə daşıyıcısı olan insanları birləşdirən bu sistemin effektliyi artıq dünya tərəfindən etiraf olunur.

Aparılan məqsədyönlü işlərin nəticəsinə görə, demək olar ki, Azərbaycan Qafqazda mədəni əməkdaşlıq mərkəzi kimi çıxış edə bilir.

Bu gün Azərbaycanda dövlət və din münasibətləri qarşılıqlı etimada söykənir. Çoxkonfessiyalı  kəsim cəmiyyətin bütövlüyü və harmoniyası ilə uzlaşaraq, dövlətin yürütdüyü siyasətin fəal dəstəkçiləri kimi çıxış edir.

Odur ki, Azərbaycanın yürütdüyü tolerantlıq siyasətinin beynəlxalq platformaya daşınması və təbliği, hesabatlılığı həm də ölkənin imici üçün, yaxşı cavabdır.

Azərbaycan xarici ölkələrdə tolerantlıq prinsiplərini təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə    qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

 

X.SƏFƏRLİ

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Avropanın 9 ölkəsi cinayətkarları Rusiyaya təhvil verməkdən imtina edir

Sonrakı məqalə

“Bu il əsas işimiz cənub zonasının qazlaşdırılması olacaq”