“Moskva hələlik Kiyev, AB və ABŞ arasında Ukraynada nizamlanma ilə bağlı danışıqların nəticələri ilə bağlı heç bir siqnal almayıb“.
AzPost bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Peskov medianın Ukraynada nizamlanma ilə bağlı hər hansı bir siqnal alıb-almadıqları barədə suallarını cavablandırarkən “heç bir siqnal almamışam” deyib.
Kremlin sözçüsü bildirib ki, Avropa liderlərinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda iştirakı nəticələrin Rusiya üçün qəbuledilməz olmasına səbəb ola bilər.
“Avropalıların məqbul planla bağlı danışıqlarda iştirakı yaxşı heç nə vd etmir”-deyə Peskov vurğulayıb.