Avrozonada rekord inflyasiya qeydə alınıb

Avrozonada enerji və ərzaq qiymətlərinin artmağa davam etməsi ilə iyul ayında inflyasiya səviyyəsi rekord həddə çatıb.

Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyulda Avrozonada illik inflyasiya 8,9 faiz olub. Bu, “Eurostat” tərəfindən Avropada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir.

Avropa İttifaqında isə illik inflyasiya iyulda 9,8 faiz olub.

İnflyasiya göstəriciləri ötən ilin eyni ayı ilə müqayisədə Avrozonada 6,7 faiz, Aİ-də isə 7,3 faiz artıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.