Məlum olduğu ki, Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu yaxınlarda avtobus daşımaları sahəsində şirkətlərin fəaliyyəti üçün bu yeni konsepsiyanı təqdim edib. Agentliyin sədri Anar Rzayev deyib ki, bu sistem üzrə bütün hesablamalar artıq mövcuddur və bu, kifayət qədər sadədir.
2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. “Brutto müqavilə” ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır