Avtobusa uşaq arabası ilə minmək istədi, sürücü qoymadı

Bakıda 14 saylı xətt üzrə hərəkət edən avtobusun sürücüsü sərnişini soyuq havada nəqliyyata mindirmədiyi üçün narazılıq yaranıb. AzPost-un məlumatına görə, şikayətçi Leyla Türkmən bildirir ki, avtobusda uşaq arabası üçün iki yer olmasına baxmayaraq, sürücü yalnız “bir uşaq arabası qəbul edilir” deyərək minik üçün icazə verməyib.

Məlumata görə, hadisə 77 JR 179 dövlət qeydiyyat nişanlı avtobusda baş verib. Leyla Türkmənin sözlərinə görə, Bakubus MMC-nin avtobuslarında uşaq və əlil arabaları üçün xüsusi ayrılmış iki sahə var, buna görə sürücünün sərnişini qəbul etməməsi qaydalara uyğun deyil.

Şikayətçi bildirir ki, hava soyuq olduğundan sürücünün bu davranışı həm insani, həm də xidmət qaydalarına zidd olub:
“Başa düşə bilmirəm, harada yazılıb ki, avtobusa yalnız bir uşaq arabası yerləşə bilər? Avtobuslarda iki yer var, bəs niyə sürücü özündən qayda çıxarır?” – deyə o qeyd edir.

Məsələ ilə bağlı Bakubus MMC-dən açıqlama gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.