Avtomobil yoldakı ağaca çırpıldı –Sürücü öldü - ANBAAN VİDEO

Qəza
Qəza

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda baş verən yol qəzasında 27 yaşlı sürücü həyatını itirib. AzPost Türkiyə mediasına istinadla xəbər verir ki, qəza anı yaxınlıqdakı iş yerinin kamerasına əks olunub.

Dünən axşam saatlarında Akçay küçəsində baş verən qəzada Onur Türkolun (27) idarə etdiyi 35 CJZ 286 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq orta zolağındakı ağaca  çırpılıb. Çarpmanın təsiriylə nəqliyyat vasitəsində sıxışan gənc sürücü ölüb. Hadisə yerinə təcili yardım, polis və xilasetmə qrupları gılib. Xilasetmə qrupu tərəfindən xilas edilən Türkol ağır xəsarətlərlə təcili tibbi yardım maşını ilə Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və həyatını itirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.