Avtomobilin saxlanc yerində Türkiyəyə qaçmaq istəyən şəxs saxlanılıb

Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə AzPost-a Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki,  Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.