İstanbulun Şişli-Mecidiyeköy ərazisində D-100 yolunun Ankara istiqamətində səhər saatlarında ağır yol qəzası baş verib. AzPost DHA-ya istinadla xəbər verir ki, hadisə 28 dekabr tarixində qeydə alınıb. Belə ki, Ahmet D. idarə etdiyi 35 AOZ 302 nömrəli avtomobillə iki maşının arasından makas atarkən nəqliyyat vasitəsinin idarəsini itirib və yol kənarındakı bariyerlərə çırpılıb.
Qəza nəticəsində avtomobil bir anda alovlanıb. Avtomobilin mühərrik hissəsində partlayış baş verib və mühərrik yola fırlanıb. Alov bir müddət sonra öz-özünə söünüb. Hadisə anı avtomobil kamerasına saniyə-saniyə əks olunub.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib. Polis yolun bir hissəsini bağlayaraq ətrafda təhlükəsizlik tədbirləri görüb. Qəza zamanı avtomobildə olan sərnişin, Berat D., yaralanıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Qəza səbəbindən ərazidə ciddi tıxac yaranıb. Yanğınsöndürənlər avtomobilin qalan hissəsində təhlükəsizlik tədbirləri görüb. Polis isə hadisənin başvermə səbəbini araşdırır.