“Hesab edirəm ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır“.
AzPost bildirir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli modern.az-a deyib.
Onun vurğulamasına görə, əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar: “Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, – o partiya ki, Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, – belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar”.
Bu gün, dekabrın 1-də Səbail rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs edilib. Onun barəsində 2026-cı ilin fevralın 13-ə kimi həbs-qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.