“Axmaq olmuşam, üzr istəyirəm” –Bill Geyts Epşteynlə görüşdüyünə görə peşmandır

Microsoft-un qurucusu Bill Qeyts Ceffri Epşteyn ilə yalnız digər varlı insanları ianə etməyə təşviq etmək üçün görüşdüyünü iddia edib.

AzPost bildirir ki, o bu barədə Avstraliyanın Nine News televiziya kanalına verdiyi yeni müsahibədə deyib.

Bill Qeyts indi bu əlaqələrdən dərin təəssüf hissi keçirir: “Diqqətdə olan həmişə bu idi: O, çox varlı insanları tanıdığını və onları qlobal səhiyyəyə pul bağışlamağa inandıra biləcəyini deyirdi”,-deyə Qeyts vurğulayıb.

Bu gün milyarder səhvlərini etiraf edib: “Axmaq olmuşam. Onunla vaxt keçirmək axmaqlıq idi”. O, əlavə edib ki, Epsteinlə görüşdüyünə görə peşman olan çoxsaylı insanlardan biridir. “Onunla keçirdiyim hər dəqiqədən peşmanam , üzr istəyirəm”.

Bild-ə görə, eyni zamanda, Qeyts cinsi istismarla hər hansı bir əlaqəsini qətiyyətlə rədd edir. O, yalnız şam yeməklərində iştirak etdiyini vurğulayır: “Mən heç vaxt o adada olmamışam, heç vaxt qadınlarla görüşməmişəm”. O, deyib ki, bu qədər detalların üzə çıxması  ilə görüşlərinin həqiqətən səhv olduğu bir o qədər aydın olur. “Amma onların bu cür davranışla heç bir əlaqəsi yox idi”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.