Axşam saatlarında 20 dəqiqə bunu etmək yuxu keyfiyyətini artırır

Kitab oxumaq
Kitab oxumaq

Texnologiya dövründə insanlar yatmazdan əvvəl telefona baxmaq vərdişinə düşüb. AzPost bildirir ki, mütəxəssislər axşam saatlarında kitab oxumağın daha faydalı olduğunu vurğulayır. Kitab oxumaq beyni sakitləşdirir və stressi azaldır.

Bu vərdiş yuxuya getməyi asanlaşdırır. Tədqiqatlar sübut edib ki, günün sonunda 20 dəqiqə kitab oxuyanların yuxu keyfiyyəti yüksəlir. Eyni zamanda narahatlıq və əsəb gərginliyi azalır.

Kitab oxumaq diqqət toplama qabiliyyətini də artırır. Göz yorğunluğunu azaldır və ekran şüalarının təsirindən qoruyur. Psixoloqlar bildirir ki, bu vərdiş depressiya riskini də aşağı salır.

Uşaqlar üçün də yuxudan əvvəl nağıl kitabları oxumaq faydalıdır. Bu həm də ailəvi yaxınlıq üçün gözəl fürsətdir. Sakit və keyfiyyətli yuxunun təbii yoludur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.