“Ayaks” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Niderland millisinin və “Ayaks”ın futbolçusu Stiven Berqeys UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək III tur matçını buraxacaq.

33 yaşlı hücumameyilli yarımmüdafiəçi zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Onun oktyabrın 27-də Niderland çempionatında “Villem II” klubu ilə ev qarşılaşmasında meydana çıxacağı ehtimal olunur.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də start götürəcək(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.