“Ayaks”ın futbolçusu 3 ildən sonra komadan ayılıb

“Ayaks”ın futbolçusu Abdelhak Nuri komadan ayılıb.

Apasport.az saytının məlumatına görə, bunu 23 yaşlı yarımmüdafiəçinin böyük qardaşı Abderrahim deyib.

O bildirib ki, Abdelhak 3 ildən sonra ilk dəfə reaksiya verir, hətta yemək də yeyir: “Qardaşım artıq komada deyil. Asqırır, qaşları ilə bizə cavab verir, yemək yeyir. Ancaq yataqdan hələ qalxa bilmir”.

Qeyd edək ki, 2017-ci ilin yayında “Ayaks”la “Verder” arasında keçirilən yoldaşlıq görüşündə anidən yerə yıxılan Abdelhak Nurinin ürəyi dayanmış, 20 dəqiqəlik masajla yenidən döyünmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Manatın devalvasiyası gözlənilmir –

Sonrakı məqalə

Rusiyanın xalq artisti Lev Leşenko koronavirusa yoluxub