AYAZ MÜTƏLLİBOV VƏFAT EDİB

Azərbaycanın sabiq  prezidenti Ayaz Mütəllibov vəfat edib.

Azpost.info bildirir ki bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.

“40 dəqiqə öncə Azərbaycanın ilk prezidenti Ayaz Mütəlibov rəhmətə getdi. Allah rəhmət eləsin!”-deyə o yazıb.

ASDP sədri Araz Əlizadə də “Report”a eks-prezidentin vəfat etdiyini deyib.

A.Mütəllibov bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləmişdir. 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da istefa verib.

O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.