Ayda mağara tapılıb

Alimlər Ayda astronavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəkləri mağara olduğunu təsdiqləyiblər.

Anadolu Agentliyi xəbər verir ki, alimlər ABŞ Aerokosmik Agentliyinin (NASA) Ay kəşfiyyat vasitəsinin radar ölçmələrini təhlil ediblər.

Mağaranın “Apollon 11” kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda olduğunu qeyd edən alimlər, mağaranın lava borusunun çökməsi nəticəsində meydana gəldiyini bildiriblər. Onlar diqqətə çatdırıblar ki, bu mağara Ayın sərt ekoloji şəraitindən qorunduğu üçün gələcəkdə uzunmüddətli missiyalar üçün astronavtları qəbul edə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.