AYİB Türkiyəyə 1,5 milyard avro ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədəki dağıdıcı zəlzələlərdən zərər çəkmiş bölgələrin bərpası layihələrinin maliyyələşdirilməsi üçün iki il ərzində Türkiyəyə təxminən 1,5 milyard avro ayıracaq.

Azpost.info xəbər verir ki, təbii fəlakətdən zərər çəkmiş biznes və fiziki şəxslər üçün yerli banklara 600 milyon avro veriləcək.

Eyni zamanda, infrastrukturun bərpası ilə məşğul olan təşkilatlara kredit ayrılacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.