Aylıq əlavələrin əhatə edəcəyi məktəb direktoru və direktor müavinlərinin sayı- Açıqlanıb

Məktəb direktorlarına aylıq əlavələr hər il yanvar ayından etibarən məktəbdə nə qədər şagird qeydiyyatdadırsa, ona uyğun olaraq hesablanacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək:

“Əvvəl şagird sayı 500 olan direktor da 650 manat vəzifə maaşı alırdı, bütün vergiləri çıxdıqdan sonra, 4000 şagird təhsil alan məktəbin direktoru da. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.