“Ayran susuzluğu yatıran ən yaxşı içkidir” –Rusiyalı alim

Ayran susuzluğu yatıran yaxşı içkidir.

Azpost.info bildirir ki, bu barədə dietoloq, tibb elmləri namizədi, Qidalanma və Biotexnologiyalar üzrə Rusiya Federal Tədqiqat Mərkəzinin İmmunologiya Laboratoriyasının elmi işçisi Tatyana Solntseva bildirib.

Aif.ru saytı ilə söhbətində həkim izah edib ki, bu içki aktiv fiziki əmək və ya gərgin məşqdən sonra orqanizmin mineral balansını bərpa etməyə kömək edir.

Solntseva ayranın bağırsaq mikrobiotası üçün faydalarını qeyd edib. Tərkibindəki bakteriyalar bağırsaqlara daxil olduqda, normal mikrofloranın inkişafına kömək edir, patoqen flora ilə mübarizə aparır və bununla da immunitet sistemini gücləndirir.

Bu içkilərin tərkibində  kalium, kalsium, fosfor, natrium, maqnezium, dəmir, K, PP, B1, B2, B4, B6, C vitaminləri, beta-karoten minerallar da var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.