Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ayrıldığı sevgilisindən 369 min dollarını geri istədi

User 13 Sentyabr 2026 - 11:45 (Last updated: 13 Sentyabr 2026 - 11:02)
hediyyeler

Sinqapurda sahibkar keçmiş sevgilisinə münasibətləri zamanı aldığı bahalı hədiyyələrə, səyahətlərə və digər xərclərə görə 468 min Sinqapur dollarının (təxminən 369 min ABŞ dolları) qaytarılmasını tələb edib. Lakin məhkəmə onun iddiasını rədd edib.

Logistika şirkətinin rəhbəri Çander Agarval keçmiş stüardessa Felisiya Li ilə 2019-cu ildə təyyarədə tanış olub. Onların romantik münasibəti isə 2022-ci ilin sentyabrında başlayıb və 2023-cü ilin dekabrında başa çatıb.

Ayrılıqdan sonra Agarval keçmiş sevgilisinin ona xəyanət etdiyindən şübhələnib və 2024-cü ilin martında məhkəməyə müraciət edib.

369 min dolları nəyə xərcləmişdi?

Sahibkar iddia edib ki, münasibətləri dövründə Li ondan dəfələrlə faizsiz borc istəyib. O, ümumilikdə 468 min Sinqapur dollarının geri qaytarılmasını tələb edib.

Bu məbləğə təxminən:

  • 206 min Sinqapur dolları – kredit kartlarından edilən xərclər;
  • 129 min dollar – xarici ölkələrə səfərlər;
  • 17 min dollar – qadının mənzili üçün feng-şui mütəxəssisinin xidmət haqqı;
  • 20 min dollar – onun həyat sığortasına ödənilən vəsait

daxil olub.

Felisiya Li isə bu pulların borc olmadığını bildirib. Onun sözlərinə görə, Agarval həmin xərcləri ona sevgisi və bağlılığı səbəbindən edib və bunlar hədiyyə xarakteri daşıyıb.

Məhkəmə qadının versiyasını qəbul etdi

Sinqapur Ali Məhkəməsinin hakimi Li Siu Kin qadının mövqeyi ilə razılaşıb.

Hakim qeyd edib ki, Agarval münasibətlər başlamazdan əvvəl də Li-yə bahalı hədiyyələr verirdi. Bundan başqa, sahibkarın pulun geri qaytarılmasını gözlədiyini göstərən ciddi sübutlar təqdim edilməyib.

Məhkəmədə qadının həqiqətən borc istədiyini və sonradan həmin borcu qəbul etdiyini təsdiqləyən sənədlər də ortaya qoyulmayıb.

Hakimin qənaətinə görə, sübutlar daha çox onu göstərir ki, sahibkar aşiq olduğu qadını bahalı hədiyyələrə və xərclərə “boğub”.

“Münasibət pis bitəndə fikrini dəyişdi”

Hakim qərarında qeyd edib ki, münasibətlər xoşagəlməz şəkildə başa çatdıqdan sonra sahibkar qəzəblənib və əvvəl könüllü şəkildə etdiyi xərclərin dəyərini geri almağa çalışıb.

Məhkəmə həmçinin tərəflərin maliyyə vəziyyətlərinin ciddi şəkildə fərqləndiyini vurğulayıb. Agarval imkanlı və bahalı zövqləri olan şəxs olduğu halda, Li onunla eyni maliyyə çevrəsinə aid olmayıb.

Qərarın sonunda hakim ingilis dramaturqu Uilyam Konqrevin məşhur fikrinə də istinad edib: sevgidən nifrətə çevrilən hisslər qədər güclü qəzəb yoxdur. Hakim əlavə edib ki, belə emosiyalar yalnız bir cinsə xas deyil.

Sinqapurda sevgidən sonra məhkəmə iddiaları

Bu, Sinqapurda uğursuz münasibətlərdən sonra yaranan ilk qeyri-adi məhkəmə işi deyil.

2023-cü ildə bir kişi romantik təkliflərini qəbul etməyən qadına qarşı ümumi məbləği 3 milyon Sinqapur dollarından çox olan iki iddia qaldırmışdı. Məhkəmələr həmin tələbləri də təmin etməmişdi.

AzPost.az

Post navigation

Previous: Mixəyin qiyməti şok etdi:
Next: Kitabxanaya gedənlər daha xoşbəxt olur?

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.