“Azərbaycanda indiyədək 300-dən çox jurnalist koronavirusa yoluxub”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. MŞ sədrinin sözlərinə görə, onlardan 14-ü vəfat edib. Ə. Amaşov Mətbuat Şurasının təşkilatçılığı ilə 1100-dən yuxarı jurnalistin vaksinasiya olunduğunu da əlavə edib.