Növbəti üçtərəfli danışıqlar raundunun yaxın vaxtlarda keçirilməsi gözlənilir. Lakin görüşün konkret tarixi hələ razılaşdırılmayıb.

Azpost.info bildirir ki, bu barədə noyabrın 23-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

“Görüş tezliklə baş tutacaq, amma hələlik tarixlə bağlı heç bir dəqiqlik yoxdur”, – deyə Peskov RİA Novosti agentliyinə bildirib.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib.

İlk müzakirələr noyabrın 10-da baş tutub. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner ilk raundun konstruktiv keçdiyini bildirib.

Danışıqların ikinci raundu noyabrın 11-də yekunlaşıb. Görüş iki saatdan az davam edib.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskva və Kiyevin əsirlərin genişmiqyaslı yeni mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb.

N.Talıblı