ABŞ-da Konqresə aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsindən sonra Tehran daha aqressiv davranmağa başlayıb. Çünki İran demokratları “zəif” hesab edir.

Azpost.info -nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Hamının xatırladığı kimi, mən noyabrın 3-də keçirilən aralıq seçkilərlə bağlı iki proqnoz vermişdim. Birincisi, demokratlar qalib gəlsələr, fond bazarlarında ciddi eniş olacaq. Bu, baş verdi. İkincisi, İran İslam Respublikası hücumlarında daha aqressiv olacaq. Bu da baş verdi”, – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, son bir həftə ərzində İran son bir ildə istənilən dövrlə müqayisədə daha çox pilotsuz uçuş aparatı və raket buraxıb. ABŞ prezidenti bildirib ki, onların hamısı zərərsizləşdirilib və heç bir ziyana səbəb olmayıb.

“İran rəhbərləri demokratları zəif, səmərəsiz və ölkəni dağıdan qüvvə hesab edirlər. Amma mən buna imkan verməyəcəyəm!” – deyə Tramp əlavə edib.

ABŞ prezidenti iddia edib ki, həm demokratlar, həm də İran neft qiymətlərinin mümkün qədər uzun müddət yüksək qalması üçün “ümidsiz şəkildə mübarizə aparıblar”. Onun sözlərinə görə, seçkilərdən sonra neftin qiyməti rekord səviyyədə aşağı düşüb.

“Seçicilərin öz seçimlərini etməzdən əvvəl bunu anlamamaları təəssüf doğurur. Ümumilikdə isə seçkilər çox qəribə keçdi”, – deyə Tramp fikrini yekunlaşdırıb.

N.Talıblı