Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib

20 May 2020 - 13:48

Rusiyanın Baş naziri Mixail Mişustun Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, Baş nazirin əmrində A.Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.