Şərabçılıqla bağlı iki dövlət rüsumu ləğv edilir- Yenilik

Azərbaycanda şərabçılıq məhsullarına adların verilməsinə görə dövlət rüsumunun ləğv olunması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunur.

Dəyişikliklə qanunun 18.62-ci maddəsinin (Adlar verilən şərabçılıq məhsullarına görə) 18.62.2 və 18.62.3-cü bəndləri ləğv edilir.

Belə ki, adlar verilən şərabçılıq məhsullarının dövlət reysterində qeydiyyata alınması və attestasiyası üçün isə 10 manat dövlət rüsumu ləğv olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib

Sonrakı məqalə

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv olunur