“Azərbaycan Ali Hərbi Məktəbində xarici vətəndaşlar da təhsil alır”

11 Fevral 2021 - 14:04

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ölkə vətəndaşları ilə yanaşı, Qırğızıstan, Tacikistan və Əfqanıstan vətəndaşları da təhsil alır”.

Bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.

General qeyd edib ki, hər il digər dövlətlərdən burada təhsil almaq üçün müraciətlər olunur: “Bu, bizim məktəbin potensialını göstərir. Onları azərbaycanlı kursantlar kimi peşəkarcasına yetişdiririk”.(APA)