Azərbaycan Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq

- İlk dəfə
27 Aprel 2020 - 14:11

Azərbaycanın təmsil olunduğu beynəlxalq parlament təşkilatların sayı artır. 

APA-nın məlumatına görə, Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq.

Bununla əlaqədar Milli Məclisdə nümayəndə heyəti formalaşdırılacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva APA-ya açıqlamasında deyib ki, hazırda nümayəndə heyətinin formalaşdırılması prosesi gedir.