Bu ilin birinci yarısında Azərbaycan İtaliyaya 2 756 878,74 min ABŞ dolları dəyərində 6 593 792,1 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 338 981,82 min dollar dəyərində 865 947,16 ton neft ixrac edib.
Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutub. Yanvar-iyun aylarında bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk yarısında 21 ölkəyə 5 743 625,87 min dollarlıq 13 545 898,77 ton neft ixrac edib.
Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:
# | Ölkələr | Miqdar, ton | Məbləğ, min $ |
– | Cəmi | 13 545 898,77 | 5 743 625,87 |
1 | İtaliya | 6 593 792,1 | 2 756 878,74 |
2 | İspaniya | 865 947,16 | 338 981,82 |
3 | Hindistan | 845 590,52 | 346 185,84 |
4 | İsrail | 707 759,32 | 322 902,58 |
5 | Portuqaliya | 568 445,86 | 254 801,46 |
6 | Xorvatiya | 543 516,7 | 228 050,92 |
5 | Ukrayna | 480 800,72 | 173 237,94 |
6 | Tunis | 406 537,03 | 178 788,31 |
7 | Türkiyə | 326 657,8 | 136 577,56 |
8 | Kanada | 278 174,6 | 140 031,95 |
9 | Çin | 277 516,67 | 102 592,36 |
10 | Tailand | 277 100,94 | 134 110,72 |
11 | Almaniya | 272 078,76 | 128 473,84 |
12 | Belarus | 270 691,94 | 118 892,03 |
13 | Böyük Britaniya | 270 508,23 | 124 677,97 |
14 | Çexiya | 120 392,67 | 61 012 |
15 | Fransa | 91 755,21 | 45 737,11 |
16 | İrlandiya | 87 840,9 | 41 737,54 |
17 | Rumıniya | 84 725,08 | 30 584,11 |
18 | Avstriya | 80 008,75 | 37 460,9 |
19 | Avstraliya | 54 975,82 | 20 884,24 |
20 | İndoneziya | 40 594,23 | 20 793,3 |
21 | Rusiya | 487,77 | 232,64 |