Azərbaycan bu il hansı ölkələrə nə qədər neft ixrac edib? –SİYAHI/MƏBLƏĞ

Bu ilin birinci yarısında Azərbaycan İtaliyaya 2 756 878,74 min ABŞ dolları dəyərində 6 593 792,1 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 338 981,82 min dollar dəyərində 865 947,16 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutub. Yanvar-iyun aylarında bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk yarısında 21 ölkəyə 5 743 625,87 min dollarlıq 13 545 898,77 ton neft ixrac edib.

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

# Ölkələr Miqdar, ton Məbləğ, min $
Cəmi 13 545 898,77 5 743 625,87
1 İtaliya 6 593 792,1 2 756 878,74
2 İspaniya 865 947,16 338 981,82
3 Hindistan 845 590,52 346 185,84
4 İsrail 707 759,32 322 902,58
5 Portuqaliya 568 445,86 254 801,46
6 Xorvatiya 543 516,7 228 050,92
5 Ukrayna 480 800,72 173 237,94
6 Tunis 406 537,03 178 788,31
7 Türkiyə 326 657,8 136 577,56
8 Kanada 278 174,6 140 031,95
9 Çin 277 516,67 102 592,36
10 Tailand 277 100,94 134 110,72
11 Almaniya 272 078,76 128 473,84
12 Belarus 270 691,94 118 892,03
13 Böyük Britaniya 270 508,23 124 677,97
14 Çexiya 120 392,67 61 012
15 Fransa 91 755,21 45 737,11
16 İrlandiya 87 840,9 41 737,54
17 Rumıniya 84 725,08 30 584,11
18 Avstriya 80 008,75 37 460,9
19 Avstraliya 54 975,82 20 884,24
20 İndoneziya 40 594,23 20 793,3
21 Rusiya 487,77 232,64
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

Bakıda alış-veriş üçün supermarketə gələn gənc öldü