Azərbaycan dilində “Proqramçı olmaq istəyirəm” adlı yeni kitab nəşr edilib

Azərbaycan Texniki Universitetinin (AZTU) “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru, universitetin baş müəllimi Kərim Tahiroğlunun “Proqramçı olmaq istəyirəm” adlı kitabı işıq üzü görüb.

Kitab proqramçı peşəsinə yiyələnmək istəyənlərə əhatəli yol xəritəsi təqdim edir. Nəşrdə oxucuları müvafiq sahə üzrə düşündürən suallar ətraflı cavablandırılıb, proqramlaşdırma ixtisasının mahiyyəti, başlıca istiqamətləri geniş şərh edilib.

Kitab kompüter mühəndisliyi və kompüter elmləri ixtisaslarında təhsil alan tələbələr, bu sahələr üzrə dərs deyən müəllimlər, gənc proqramçılar və ümumilikdə proqramlaşdırma sahəsinə maraq göstərən hər kəs üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın öz sözünün müəllifi AZTU-nun rektoru Vilayət Vəliyevdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.