“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana nəqliyyat rabitəsi imkanı əldə edəcək” –

Paşinyan
08 Yanvar 2021 - 16:07

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin gələcək prioritetlərini açıqlayıb.

O, bu barədə “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanın prioriteti 9 noyabrda imzalanmış üçtərəfli bəyanata uyğun olaraq məhkumların, girovların və digər məhbusların, eləcə də ölülərin cəsədlərinin tam mübadiləsi ilə bağlı maddənin həyata keçirilməsidir.

Ermənistan baş naziri regionun iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılmasını başqa bir prioritet adlandırıb.

Paşinyan deyib ki, Ermənistanın Azərbaycan ərazisindən Rusiya və İranla nəqliyyat əlaqələri olmalı və o, yük daşımalarını həyata keçirmək imkanları əldə etməlidir. Azərbaycan isə Ermənistan ərazisindən Naxçıvana yük və nəqliyyat rabitəsi imkanı əldə edəcək.