Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

- Açıqlama
05 Fevral 2020 - 14:22

Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.