“Azərbaycan hərbçilərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşılayıram”

- Hande Harmancı
15 İyul 2020 - 16:12

“Azərbaycan hərbçilərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşılayıram. Bütün həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyirəm”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O, şəhid olan hərbçilərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib: “Yaralılara şəfa arzulayıram. Ümid edirəm ki, regionda sülh tezliklə bərqərar olacaq”.