Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan ilə İran prezidentləri dövlət sərhədində görüşdü

User 19 May 2024 - 13:49 (Last updated: 21 May 2025 - 20:15)
ilham esas iran

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər.

Səmimi şəraitdə keçən görüşdə dövlət başçıları söhbət etdilər.

Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm.

Prezident İlham Əliyev: Əleykümsalam.

Prezident Seyid İbrahim Rəisi: Sizi görməyimə məmnunam.

Prezident İlham Əliyev: Mən də çox şadam Sizi görməyimə.

Prezident Seyid İbrahim Rəisi: Bu çox gözəl yerdə bir-birimizi gördük.

Prezident İlham Əliyev: Tarixi bir görüşdür. Bu, çox gözəl tədbirdir və inşallah, xeyirli olacaq.

Prezident Seyid İbrahim Rəisi: Cənab İlham Əliyev, burada çox böyük bir iş görülüb. İnsafən deməliyik ki, bu, bölgənin əhalisi üçün faydalı bir iş olacaq. Bu bəndin suyundan həm içmək üçün, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu su bəndi bizim aramızda çox gözəl işlərdən biridir və arzumuz budur ki, gələcəkdə bu cür işlər çox olsun. Hər halda, bu gün çox mübarək bir gündür.

Prezident İlham Əliyev: Mən Sizinlə tamamilə razıyam. Bu bəndin Sizin tərəfdən inşası çox yüksək peşəkarlıqla həyata keçirilib. Eyni zamanda, Arazın iki sahilini birləşdirən gözəl bir rəmzi layihədir. Qeyd etdiyiniz kimi, suvarma, içməli su təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq.

Prezident Seyid İbrahim Rəisi: Mütləq. Biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik. Bizim Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək.

Prezident İlham Əliyev: Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq.

Prezident Seyid İbrahim Rəisi: Cənab Prezident, mən buraya – bu bəndə gəlməmişdən qabaq Kəlalə-Ağbənd yoluna baxdım. İşlər çox gözəl şəkildə həyata keçirilir. Bizim, yəni, Azərbaycan ilə İran arasındakı əməkdaşlıqların nəticələri bu su bəndi və eyni zamanda, o körpü və yoldur.

Prezident İlham Əliyev: Ağbənd istiqamətində inşa edilən körpü həm növbəti nəqliyyat bağlantısıdır, eyni zamanda, növbəti dostluq rəmzidir. Biz faktiki olaraq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir istiqamətini də Ağbənd istiqamətindən salırıq. Mənə də bu yaxınlarda video, fotosənədlər göstərilmişdir, gördüm ki, həqiqətən qısa müddət ərzində çox böyük işlər görülüb.

Prezident Seyid İbrahim Rəisi: Mən gedib körpünün inşa olunduğu əraziyə baxış keçirdim və orada gördüm ki, körpü ilə bağlı bir çox işlər görülüb, eyni zamanda, körpünün ərazisində də torpaq sahələrinin ayrılması istiqamətində də böyük uğurlar əldə edilib. Hazırda 6 istiqamətdə işlər həyata keçirilir. Dostlarımız plan üzrə belə proqnozlaşdırırlar ki, bu layihəni 36 aya başa çatdırsınlar. Ancaq mən belə görürəm ki, işlər sürətlə davam edir, yəni, bu, tez bir zamanda yekunlaşacaq.

Prezident İlham Əliyev: Mən qarşıya vəzifə qoymuşam ki, gələn ilin sonuna qədər bitməlidir və orada da Sizinlə bərabər gözəl bir mərasim keçirərik. Ondan sonra dəmir yolu körpüsü də yəqin ki, razılaşdırılacaq.

Prezident Seyid İbrahim Rəisi: İnşallah. Yaddaqalan bir an oldu. İnşallah hər iki dövlət və xalq üçün uğurlu bir il olacaq.

**

Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Dövlətimizin başçısını salamlayan İran Prezidenti Seyid İbrahim Rəisi dedi: Allahın adı ilə. Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik.

 

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi: Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır.

 

***

 

 

Post navigation

Previous: Azərbaycan və İran prezidentləri “Xudafərin” və “Qız Qalası” hidroqovşağının açılışını edib
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

Yuxu
  • Maraqlı

Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq

User 29 Oktyabr 2026 - 19:18
Gecə altı saatdan az yatmaq sağlamlıq üçün təhlükəli ola bilər. Yetkin insanın normal yuxu müddəti isə 7–9...
Read more about Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq
Xalq artisti Zaur Rzayev vəfat edib zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01
Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.