Azərbaycan millisi bu gün Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək –

Kimlər oynayacaq?
27 May 2021 - 14:09

Futbol üzrə Azərbaycan millisi bu gün Türkiyə yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Azpost.info Matc.az-a istinadən xəbər verir ki, artıq millimizin bu oyunda hansı heyətlə oynayacağı məlumdu. Komandamızın baş məşqçisi Canni de Byazi start heyətində demək olar ki, yalnız “Qarabağ” və “Neftçi”nin futbolçularına şans vermək qərarına gəlib.

Belə ki, italiyalı mütəxəssisin qərarına əsasən, qapını Emil Balayev qoruyacaq.

Beş müdafiəçi ilə oynayacaq komandamızda cinahlar Abbas Hüseynovla Elvin Cəfərquliyevə həvalə olunacaq. Mərkəzdə isə Maksim Medvedev, Bədavi Hüseynov və Anton Krivotsyuk mübarizə aparacaq.

Yarımmüdafiədə Qara Qarayevlə İsmayıl İbrahimliyə Emin Mahmudov da dəstək verəcək. Hücumda isə Namiq Ələsgərov və Ramil Şeydayev oynayacaq.

Bir sözlə, yalnız Şeydayevi çıxmaq şərtilə, start heyətdəki qalan bütün futbolçular “Neftçi” və “Qarabağ”lılar olacaq.

Qeyd edək ki,Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.