Azərbaycan millisi seçmə mərhələdə qrup ikinciliyi uğrunda mübarizə apara bilər- Qriqorçuk

“Azərbaycan və Ukrayna yığmalarının seçmə mərhələdə sonuncu dəfə nə vaxt yollarının kəsişdiyini xatırlamıram”.

Bu sözləri açıqlamasında “Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə eyni qrupa düşməsi barədə danışarkən deyib.

Ukraynalı mütəxəssis iki yığma arasında keçiriləcək oyunları səbirsizliklə gözlədiyini bildirib: “Çünki Azərbaycan və bu ölkənin futbolu mənə yaxındır. Ona görə də bu komandaların oyunları mənə maraqlıdır. Şanslara gəlincə, hesab edirəm ki, Ukrayna yığmasının səviyyəsi nisbətən yüksəkdir. Amma futbolda hər zaman favorit komanda qalib gəlmir”.

Onun sözlərinə görə, Azərbaycan millisi qrupda 2-ci yer uğrunda mübarizə apara bilər: “Bunun üçün çalışmaq lazımdır. Amma rəqiblər güclüdür. Hesab edirəm ki, heç də asan olmayacaq”.

Qeyd edək ki, D qrupunda mübarizə aparacaq Azərbaycan millisi Ukrayna ilə yanaşı, Fransa/Xorvatiya cütünün qalibi və İslandiya kollektivləri ilə də qarşılaşacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.