Azərbaycan millisinin futbolçusu 20 yaşında ölüb

25 İyul 2020 - 12:36

Azərbaycan millisinin futbolçusu Nino Qurqenidze vəfat edib.

Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət yığmamızın şərəfini qorumuş milliləşən legioner 20 yaşında dünyasını dəyişib.

Son komandası Kutaisinin “Martve” klubu olan futbolçunun ölümünə uzun sürən xəstəliyi səbəb olub.

Allah rəhmət eləsin!