Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

19 İyun 2021 - 13:28

Azərbaycan milli komandasının voleybolçusu Olena Xarçenko özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı milliləşdirilmiş voleybolçu karyerasını Türkiyədə davam etdirəcək.

Ötən mövsümü Macarıstanın “MCM-Diamant” klubunda keçirən blokçu “Bolu Bələdiyyəspor”la anlaşıb. 1 illik müqavilə imzalayan voleybolçu yeni mövsümdə qardaş ölkə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Bolu Bələdiyyəspor” ötən mövsüm Sultanlar Liqasına yüksəlib.